Yəməndə “Əl-Qaidə”yə zərbə vuruldu

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Hadramevt vilayətində “Əl-Qaidə” terrorçu qruplaşmasına qarşı əməliyyat keçirilib.
Bu barədə vilayət polisi məlumat yayıb.
Məlumatda vurğulanır ki, keçirilən əməliyyat nəticəsində 17 terrorçu zərərsizləşdirilib.
Bundan əlavə 6 yaraqlının da saxlanılaraq, istintaqa təhvil verildikləri diqqətə çatdırılıb.