İsrailin baş naziri geri çəkildi

İsrailin baş naziri geri çəkildi

İsrailin baş naziri Benyamin Netanyahu işğal edilən Fələstin torpaqlarında bəzi yəhudi məskənlərinin leqallaşmasını nəzərdə tutan planından imtina edib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “Yediot Aharonot” qəzeti yazıb.

Nəşrin iddiasına əsasən, Netanyahunun belə addım atmasına səbəb ABŞ-da hakimiyyətə Co Baydenin gəlməsindən sonra yaranan təşviş və qorxudur.

Qəzet yazır ki, İsrailin müdafiə naziri Beni Hans, XİN başçısı Qabi Aşkenazi və bir neçə digər vəzifəli şəxs sözügedən planın əleyhinə çıxıblar. Onların fikrincə, bu planın reallaşması gələcəkdə Bayden administrasiyası ilə münasibətlərdə ciddi böhrana səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 10 =