Region və dünya dövlətləri İraqda baş verən silsilə terror aktlarını kəskin pisləyiblər

Region və dünya dövlətləri İraqda baş verən silsilə terror aktlarını kəskin pisləyiblər

Region dövlətləri, BMT və Avropa Birliyi bu gün Bağdadda törədilən terror aktlarını kəskin pisləyiblər.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, Misir, Qətər, Səudiyyə Ərəbistanı, İran, Türkiyə və sair region dövlətləri bu gün Bağdadda baş verən terror aktını kəskin pisləyiblər.

Eyni zamanda Avropa Birliyi və BMT də sözügedən terror aktılarını kəskin pisləyiblər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhifəsində bu hadisəni pisləyərək, ona maraqlı münasibət bildirib:

“Bağdad partlayışından tutmuş, Netanyahunun ABŞ-da yeni prezidentin ayaqqabısını yalamasına qədər, bunların hamısının bir hədəfi var; Amerikada yeni Administrasiyanı İrana qarşı səfərbər etmək və bu ölkənin pulunu həmin istiqamətdə xərcləmək və onu burada tora salmaq.”

Qeyd edək ki, bu silsilə partlayışlarda ölənlərin sayı 32-ə çatıb. 70-dən çox yaralı var. İraq hökuməti partlayışlardan sonra təcili toplantı keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 8 =