Koronavirusa yoluxmuş Şeyx Zəkzakinin həyat yoldaşının xəstəxanaya yerləşdirilməməsi etiraza səbəb oldu
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin həyat yoldaşı xanım Malama Zeenah İbrahim Zəkzakinin koronavirusa yoluxması və Nigeriya hökumətinin onu xəstəxanaya yerləşdirməməsi Şeyx Zəkzaki tərəfdarlarının etirazına səbəb olub.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Şeyx Zəkzakinin oğlu Məhəmməd Zəkzaki xəbər verib.
Anasının durumu ilə bağlı bəyanat yayan Məhəmməd Zəkzaki valideynələrinin durumu ilə bağlı fəryad etməyə məcbur olduğunu qeyd edib.
“6 gündən çoxdur ki, anamın koronavirusa yoluxmasına dair analizlər müsbət çıxıb.
Anam xanım Zeenah İbrahim Zəkzaki təcili xəstəxanaya yerləşdirilməlidir. İndiyədək bu baş verməyib.
Anamı müayinə edən həkimlər də incidilir.
Mənim fəryad etməkdən başqa çarəm yoxdur.”
Anam illərdir diz oynağında ağrılar və sancılarla müşaiyyət olunan ikitərəfli osteoartrit xəstəliyindən əziyyət çəkir deyən Məhəmməd Zəkzaki bildirib ki, Həkimlərin həbsxanada anamı müalicə etməsinə şərait yaradılmadı, anamı təchiz olunmuş xəstəxanaya köçürülməsi üçündə hələlik heç bir addım atılmayıb.
“Atamın da bu virusa yoluxma ehtimalı var.
Bunun üçün tələb edirəm anamı təcili koronavirus xəstələrinə uyğun müalicə şəriatli xəstəxanaya yerləşdirilsin.
Bu virus zarafat deyil və möcüzə ilə aradan getmir. müalicə olunmalıdır.”