AMB 500 manatlıq əskinasla bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib

AMB 500 manatlıq əskinasla bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanı” tədavülə buraxılmayıb, sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə AMB-in yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının və “Mərkəzi Bank Haqqında” Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

AMB vətəndaşları bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarına dair məlumatları AMB-in və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + eight =