Əfqanıstanda qarşılıqlı hücumlar davam edir, Baqlan və Nimruzda 8 hərbçi həlak olub
Əfqanıstanın Nimruz və Baqlan əyalətlərində son sutkada həyata keçirilən hücumlar və partlayışlar nəticəsində 8 hərbçi və polis həyatını itirib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.
Məlumata görə Taliban silahlıları ölkənin Pakistan və İranla sərhədində yerləşən Nimruz əyalətinin Xaşrud rayonunda bir posta hücum ediblər. Bu hücum nəticəsində 6 hərbçi həyatını itirib.
Eləcə də Baqlan əyalətində Səmənqan yolunda Taliban tərəfindən həyata keçirilən hücumda 2 polis həyatını itirib.
Qeyd edək ki, Donald Tramp Administrasiyası ötən il Talibanla sülh sazişi imzalayıb. Taliban eyni danışıqları Qətərin paytaxtı Dohada Əfqanıstan hökumətilə aparsa da bu danışıqlar nəticə verməyib. Bəzi ekspertlər bu qənaətdədir ki, Co Bayden dövründə bu danışıqların prespektivliyi daha da azalacaq.