Bayden öz verdiyi sərəncamı pozdu
Amerikalılar ilk dəfə ictimai tədbirdə görünən yeni dövlət başçısı ilə bağlı maraqlı bir detala diqqət yetiriblər. Belə ki, ABŞ prezidenti Linkoln Memorialını ziyarət edib. Lakin digər insanların arasında olarkən maska taxmayıb.
Halbuki, onun özü qoruyucu vasitələrin artıq bütün dövlət qurumlarında istifadə edilməsinin məcburi olmasl ilə bağlı fərman imzalayıb.
Bu barədə “Zvezda” xəbər yayıb.
Beləliklə, koronavirusa qarşı müharibə elan edən Co Bayden elə ilk gündə tətbiq etdiyi qaydanı pozub.
Islam.az