Qarabağda könüllü döyüşən erməni hərbçilər etiraz aksiyası keçirir

Qarabağda könüllü döyüşən erməni hərbçilər etiraz aksiyası keçirir

Müharibədə könüllü olaraq işirak edən bir qrup erməni əsgər Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında toplaşaraq niyə digər hərbçilər kimi onlara da təzminat verilmədiyinə dair açıqlama tələb edirlər.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, fəallardan biri David Ovannisyanın sözlərinə görə, müharibənin ilk günlərindən döyüşlərə qatılıb, 30 noyabrda isə Qarabağdan qayıdıb. O vaxtdan bəri dövlətin cəbhədən qayıdanlara müəyyən miqdarda pul ödədiyini öyrəndikdə təzminat almaq üçün müxtəlif strukturlara müraciət edib.

O, həmçinin heç bir hərbi hissədə qeydiyyatda olmayan təxminən 2700 nəfərin eyni vəziyyətdə olduğunu, ancaq hamısının döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.

Deyerler.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + thirteen =