ABŞ-da soyuducunun səhvən söndürülməsi nəticəsində 2000 doz peyvənd korlanıb

ABŞ-da soyuducunun səhvən söndürülməsi nəticəsində 2000 doz peyvənd korlanıb

ABŞ-ın Boston şəhərində xəstəxanada xadimənin səhvən soyuducunu söndürməsi nəticəsində “Moderna” şirkətinin istehsalı olan koronavirus peyvəndinin 2 minə yaxın  dərman dozu korlanıb.

SalamNews xəbər verir ki, bunu “ABC” kanalına xəstəxana nümayəndəsi Kayli Totoya açıqlayıb.

“Soyuducu təhlükəsiz bir yerdə idi və siqnalizasiya sistemi ilə təchiz olunmuşdu. Müqavilə əsasında çalışan bir işçi təmizlik zamanı onu səhvən çıxardıqdan sonra yerinə taxmayıb”, Toto bildirib.

Hazırda insident və soyuducuya quraşdırılmış siqnalizasiyanın işləməməsinin səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + nineteen =