Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var – Təhsil naziri
Fevralın 1-dən valideynin öz övladının yalnız distant formada tədrisinin davam etdirmək istəməsi hüququ var. Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda sosial məsafə tələbi olduğundan siniflər iki qrupa bölünəcək.
O fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulduğunu deyib.
“Fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla repetitor xidmətlərinin fəaliyyəti bərpa oluna bilər”.
Maide.az