ABŞ-da koronavirusdan ölənlərin sayı ikinci dünya müharibəsində ölənlərin sayından çoxdur
ABŞ-da Veteranlar Cəmiyyətinin statistikasına görə ikinci dünya müharibəsində bu ölkədə 405 min insan həyatını itirib. Amma ötən ildən yayılmağa başlayan Covid-19 virusunun nəticəsində bu ölkədə indiyədək, 414 min nəfər ölüb.
ABŞ-ın yeni prezidenti Co Bayden son çıxışlarının birində ölkədə koronavirus qurbanlarının sayının 600 minə çata biləcəyilə bağlı xəbərdarlıq edib.
O ilk addımları çərçivəsində koronavirus pandemiyasının qarşısının alınması və nəzarətə götürülməsilə bağlı bir neçə sərəncam imzaladıqdan sonra deyib:
“Amerikalıların çoxu koronavirusdan əziyyət çəkirlər, ölüm halları 400 mini keçib və mümkündür ki, 600 minə çatsın.”
Amerikada Koronavirusa qarşı mübarizə idarəsi fevral ayının ortalarına qədər koronavirus qurbanlarının sayının 500 min nəfəri keçəcəyini təxmin edir.
Statistikaya görə ABŞ-da indiyədək Covid-19 virusuna yoluxanların sayı 25,392,966 -a çatıb.
SALAMNEWS