Çavuşoğlu: Dəniz quldurları tərəfindən öldürülən azərbaycanlının nəşi Qabona gətirilib

Çavuşoğlu: Dəniz quldurları tərəfindən öldürülən azərbaycanlının nəşi Qabona gətirilib

Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurlarının “Mozart” türk gəmisinə hücumu nəticəsində qətlə yetirilən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi  Qabona təhvil verilib.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu açıqlama verib.

Onun sözlərinə görə, F.İsmayılovun cənazəsi helikopterlə Qabonun paytaxtı Librevilə gətirilib.

Nazir bildirib ki, F.İsmayılovun cənazəsi “Türk Hava Yolları” təyyarəsi ilə Türkiyəyə, oradan da Azərbaycana çatdırılacaq.

M.Çavuşoğlu, bu məsələ ilə bağlı Azərbaycanla danışıqların davam etdiyini qeyd edib.

SALAMNEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 7 =