Yəmənin 14 əyalətində Səudiyyə koalisiyası və ABŞ-a qarşı etiraz aksiyaları keçirilib – Video

Yəmənin 14 əyalətində Səudiyyə koalisiyası və ABŞ-a qarşı etiraz aksiyaları keçirilib – Video

Yəmənin paytaxtı Səna şəhəri də daxil olmaqla ölkənin 14 əyalətində ölkənin mühasirədə saxlanılması ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanına qarşı etiraz nümayişlərinə start verilib.

Bu gün Yəmənin 14 əyalətinin böyük şəhərlərində “Amerikanın təcavüz və mühasirəsi terror cinayətidir” devizi altında kütləvi etiraz aksiyaları keçirilib.

Bu etiraz aksiyalarında ölkənin əksər əyalətlərinin mühasirədə saxlanılması, dərman peraparatlarının, ərzaq, qida və yanacaq məhsullarının buraxılmaması ilə bağlı Səudiyyə Ərəbistanı koalisiyası və ABŞ-a qarşı şüarlar səsləndirilib.

Ən izdihamlı etiraz nümayişləri paytaxt Səna şəhəri və şimalda yerləşən Səda şəhərində baş tutub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və rəhbərlik etdiyi hərbi kaolisiyası 2015-ci ilin mart ayından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Hazırda Yəməndə husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti”nin nəzarətində qalan 14 əyalət hava, quru və sudan Səudiyyə Ərəbistanı koalisiyasının mühasirəsindədir.

SALAMNEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + seventeen =