Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxıb

Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxıb

ABŞ-da bəzi respublikaçı senatorlar keçmiş prezident Donald Trampın impiçmentinə qarşı çıxıb.

Bu barədə “Fox News” məlumat yayıb. 

Senator Marko Rubio bildirib ki, Trampın impiçment prosesi “axmaqlıqdır” və əgər 6 yanvarda baş verən bəzi hadisələrə görə Tramp məsuliyyət daşısa belə bu ABŞ-a zərər verəcək.

“İlk növbədə məhkəmənin axmaqlıq olduğunu düşünürəm. Bu əks təsir göstərəcək. Ölkəmizdə onsuz da yanğın başlayıb, bu məhkəmə alova benzin tökməklə eyni effekti verəcək”, o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 12 =