Fransa XİN-nin Dövlət katibi Bakıdan Yerevana səfər edəcək
Fransa XİN-nin Dövlət katibi Jan-Batist Lemuan Ermənistana səfər edəcək.
Səfər yanvarın 27-də başlayacaq və 2 gün davam edəcək.
Səfər zamanı onun Ermənistan rəhbərliyi ilə görüşəcəyi, Yerevanda fransız məktəbinin təməlqoyma mərasiminə qatılacağı bildirilir.
Xatırladaq ki, Jan-Batist Lemuan hazırda Bakıda səfərdədir.