“Qaçqınkom”un bu bölmələri ləğv edildi

“Qaçqınkom”un bu bölmələri ləğv edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur dəyişikliyi aparılıb.

Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, “Hüquq” və “İnsan resursları” sektorları ləğv edilərək, onların bazasında “Hüquq və kadrlar” şöbəsi yaradılıb.

“Miqrasiya, məşğulluq və status” şöbəsi “Regional idarəetmə və status” şöbəsi ilə əvəzlənib, həmçinin, ayrıca “Məşğulluq sektoru” yaradılıb.

“İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə” şöbəsinin “İnformasiya texnologiyaları” və “Elektron idarəetmə” sektorları birləşdirilib. “Sosial təminat və kommunal xidmətlər” şöbəsinin tərkibindəki “Sosial təminat və kommunal xidmətlər” sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni “Monitorinq” şöbəsi yaradılıb.

Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib.

Eyni zamanda, Dövlət Komitəsi aparatı işçilərinin ümumi say həddi 88-ə çatdırılıb.

QAFQAZİNFO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + nine =