Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb

Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb

“Distant təhsil sistemi dövründə istilik məsələsi elə də gündəmdə deyildi. Amma fevralın 1-dən etibarən məktəblərdə dərslərin bərpası səbəbindən bu məsələ də bizim diqqətimizdədir. İstiliklə bağlı monitorinqlər aparılıb. Onu deyə bilərəm ki, məktəblər təhsil üçün hazırdır. Cari problemlər də aradan qaldırılır”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda deyib.

O qeyd edib ki, məktəblərdə avqust ayından olan təcrübələrə əsasən tədris prosesi qurulacaq: “Fevralın 1-dən hibrid tədrisi yenidən tətbiq ediləcək. əyani dərslərlə yanaşı distant formada da təhsil davam etdiriləcək”.

Fevralın 1-dən etibarən Bakı şəhəri üzrə 274 məktəbdə 1 092 sinifdə 27 122 uşaq məktəbəqədər təhsilə başlayacaq. I-IV siniflərdə isə 44 904 şagird əyani formada oxuyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =