“Səhv addım atsalar Hayfa və Təl-əvivi vuracağıq”

“Səhv addım atsalar Hayfa və Təl-əvivi vuracağıq”

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü: Əgər sionist rejimindən İslam Respublikasına qarşı kiçik bir səhv müşahidə etsək Hayfa və Təl-Əvivi yerlə yeksan edəcəyik.

“Fars” Xəbər Agentliyinin İİR-nın Televiziya Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü, Briqada generalı Əbülfəzl Şikarçı İsrail Hərbi Qüvvələrinin Baş Qərargah rəisinin son təhdidlərini psixoloji müharibə adlandırıb: “Onlar hələ İranın hərbi qüvvələrinin gücünü və iqtidarını yaxşı dərk etməyiblər”.

O sözlərinə belə davam edib: “Ali Məqamlı Rəhbərin qeyd etdiyi kimi əgər sionist rejimindən İslam Respublikasına qarşı kiçik bir səhv müşahidə etsək həm İranı vurmaq üçün tədarük gördükləri raket bazalarını vuracaq, həm də ən qısa zamanda Hayfa və Təl-Əvivi yerlə yeksan edəcəyik”.

General Sionist rejimi süqutdan başqa bir şey barədə düşünməməli və gələcəkdə hansısa bir plana malik olduğunu söyləməməli olduğunu vurğulayıb: “Bu gün artıq Sionist rejiminin süqutu iş planımızdadır. Mütləq bu rejim süquta uğramalı və bu xərçəng şişi məntəqədən yox edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 5 =