İsrail rejimi tikilməkdə olan məscidi sökdü

İsrail rejimi tikilməkdə olan məscidi sökdü

Sionist hərbiçiləri çərşənbə günü sübh zamanı İordan çayının qərb sahilinə hücum çəkərək tikilməkdə olan məscidi söküblər.

Əl-Aləm telekanalının yaydığı məlumata görə, sionist hərbi maşınları çərşənbə günü, sübh Ümmü-Qissə məntəqəsinin Əl Xəlil şəhərinin cənubunda yerləşən Yəta şəhərciyi istiqamətini mühasirəyə alaraq, 140 kvadrat metr sahəyə malik tikilməkdə olan məscidi söküblər.

Şahidlərin sözlərinə görə, sionistlər bu məscidin kənarında yerləşən mədrəsənin istifadə etdiyi su quyusunu da dağıdıblar.

Sözügedən məscid 1995-ci ildə Oslo anlaşmasına əsasən “C” məntəqəsi adlanan bölgədə yerləşir. Sionistlər bu məntəqədə hər bir tikinti işini qadağan ediblər.

Digər bir tərəfdən isə sionist hərbiçiləri Qüds şəhərinin şimal-şərqində yerləşən Həzma şəhərciyinə hücum çəkib və bu hücum yerli sakinlərlə toqquşmaya səbəb olub.

Bu xəbərə əsasən, sionist hərbiçiləri fələstinlilərin mənzillərinə tərəf atəş açaraq gözyaşardıcı qazdan və səs bombalarından istifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − five =