ÜST mütəxəssisləri COVID-19-un mənşəyini araşdırmağa başlayıb
Koronavirus COVID-19-un mənşəyini araşdırmaq üçün Çinə gələn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyətinin karantin müddəti bitib.
14 günlük karantinin sonunda mütəxəssislər Uxandakı oteli tərk edib.
Mütəxəssislər COVID-19-un mənşəyini öyrənmək üçün Uxan şəhərində araşdırma aparmağı planlaşdırır.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lisyan bildirib ki, 13 nəfərlik mütəxəssis qrupu karantindən çıxdıqdan sonra COVID-19-u araşdırmağa başlayacaq.
“Tədqiqat ÜST nümayəndə heyətini dəstəkləyəcək çinli elm adamları ilə birlikdə icra ediləcək”, XİN nümayəndəsi bildirib.