İtaliya Yəmən müharibəsinə görə Səudiyyə və BƏƏ-ə silah ixracını dayandırıb

İtaliya Yəmən müharibəsinə görə Səudiyyə və BƏƏ-ə silah ixracını dayandırıb

Co Bayden Administrasiyasının F35 qırıcılarının BƏƏ-ə satılmasını müvəqqəti dayandırmasından sonra , İtaliya da BƏƏ və Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb.

Bu barədə İtaliyanın xarici işlər naziri Luigi Di Maio açıqlama verib.

İtaliya xarici işlər naziri bildirib ki, təmsil etdiyi hökumət şənbə günündən etibarən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə raketlərin və bombaların ixracı ilə bağlı icazəni durduracaq.

Bu qərarın Yəmən müharibəsilə əlaqəli olduğunu deyən İtaliya XİN rəhbəri açıqlayıb ki, ölkəsi İnsan hüquqları məsələsinə əhəmiyyət verir və bu addımla həm də sülh müsajı göndərmiş olur.

Qeyd edək ki, Donald Tramp Administrasiyası son həftədə F35 qırıcılarının BƏƏ-ə satılması ilə bağlı onlarla milyard dollar dəyərində müqavilə imzalamışdı. Co Bayden Administrasiyası bu müqaviləni və Səudiyyə Ərəbistanı ilə imzalanmış bəzi silah müqavilələrini müvəqqəti dayandırdığını bildirib.

SALAMNEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =