“Qaradərililərin həyatı mühümdür” hərəkatı Nobel Sülh Mükafatına namizəd oldu

“Qaradərililərin həyatı mühümdür” hərəkatı Nobel Sülh Mükafatına namizəd oldu

Norveçli millət vəkili, “Qaradərililərin həyatı mühümdür” hərəkatını Nobel Sülh Mükafatına namizəd hesab edib.

“Gənc Jurnalistlər Klubunun” “The Guardian” qəzetinı istinadla verdiyi məlumata görə, Norveç Parlamentinin üzvü Peter Aid, “Qaradərililərin həyatı mühümdür” hərəkatının Nobel Sülh Mükafatına namizədlərdən biri olduğunu bildirib.

Onun sözlərinə görə, bu hərəkat ABŞ-ı və bir çox ölkələri cəmiyyətlərindəki irqçilik fenomeninə önəm verməyə vadar edib.

Xatırladaq ki, bu hərəkat 2013-cü ildə silahsız qaradərili Trayvon Martin adlı gəncin qətlindən sonra George Zimmermana bəraət verilməsinə görə başlayıb.

Bu hadisə, ABŞ polisinin qaradərililəri haqsız öldürməsinə qarşı mübarizə üçün beynəlxalq hərəkatın başlanğıcı olub.

26 May 2020-ci ildə Minneapolisdə Corc Floydun öldürülməsinə qarşı başlanan etiraz aksiyaları ABŞ-ın digər bölgələrinə də yayılıb. Etirazlar bəzi bölgələrdə dinc şəkildə olsa da, bir çox yerlərdə qiyam halına çevrilərək ictimai əmlaka ciddi ziyan vurub. Etirazlar mayın 30-dək ABŞ-ın ən azı 30 şəhərinə yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + fourteen =