İsrailin Yeni Dehlidəki səfirliyi yaxınlığında partlayış törədildi
Hindistan mediası sionist İsrail səfirliyi ətrafında partlayış baş verdiyini xəbər verib.
“Təsnim” Xəbər Agentliyinin “Sputnik” -ə istinadən verdiyi məlumata görə, ötən həftənin cümə günü axşam saatlarında sionist İsrailin Yeni Dehlidəki səfirliyi ətrafında kiçik partlayış baş verib.
Yeni Dehli polisi bu partlayışın baş verdiyini təsdiq edib və partlayış nəticəsində hadisə yerində olan maşınların şüşələrinin sındığını bildirib.
Məlumata görə, partlayış işğalçı İsrail rejimi səfirliyinin 40-50 metrliyində baş verib. Hadisədən sonra Yeni Dehli şəhərinin xüsusi təyinatlı qüvvələri hadisə yerinə cəlb olunublar.
Partlayışda xəsarət alanlar yoxdur, lakin ətrafdakı üç avtomobilə ciddi zərər dəyib.