Amerikalı gənc ailəsinin altı üzvünü qətlə yetirdi

Amerikalı gənc ailəsinin altı üzvünü qətlə yetirdi

17 yaşlı amerikalı gənc ailəsinin altı üzvünə atəş açaraq öldürməkdə ittiham olunur.

“Gənc jurnalistlər klubunun”  CNN telekanalına istinadən verdiyi məlumata görə, amerikalı ötən həftənin gənc cümə axşamı İndianapolis şəhərində hamilə bir qadın da daxil olmaqla ailə üzvlərinin 6 nəfərini qətlə yetirməkdə ittiham olunub.

Marion şəhər prokurorluğu tərəfindən yayımlanan məhkəmə sənədlərinə görə, 17 yaşlı Reymond Çaylds həmçinin ilk atışmadan sonra evdən qaçmağa cəhd edən qardaşını  öldürməkdə də suçlanır. O, bundan əlavə qanunsuz silah gəzdirməkdə də günahlandırılır. Məhkəmə, amerikalı gənci qəsdən adam öldürməkdə günahlandırılan yetkin şəxs kimi təyin edib.

İndianapolis şəhərinin Baş Polis İdarəsinin rəisi Randel Taylor bu hadisəni şəhərdə son 10 ildə baş verən ən böyük atışma adlandırıb.

Məhkəmə sənədlərində deyilir ki, amerikalı yeniyetmə, evə gec gəldiyinə görə atasının etirazı ilə qarşılaşdıqdan sonra ailə üzvlərini hədəf alıb.

İddialara görə o, atasına atəş açmazdan öncə analığını və qardaşını qətlə yetirib. Əməliyyatçılar hadisə yerində Çaydın 13 yaşlı bacısının və hamilə olan qardaşı nişanlısının da cəsədlərini tapıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =