FHN: Azərbaycanda ötən il baş verən partlayış və yanğınlarda 82 nəfər ölüb

FHN: Azərbaycanda ötən il baş verən partlayış və yanğınlarda 82 nəfər ölüb

Azərbaycanda ötən il baş verən partlayış və yanğınların statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2020-ci il ərzində respublikada 2118 yanğın hadisəsi qeydə alınıb. Yanğın hadisələri zamanı 49 ölüb, 119 nəfər xəsarət alıb. Bu da 2019-cu il ilə müqayisədə yanğından həlak olanlar üzrə 4 nəfər və ya 26%, xəsarət alanlar üzrə 113 nəfər və ya 49% azdır.

Ötən il respublika ərazisində 82 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu illə müqayisədə 9 hadisə və ya 11% çoxdur.

Partlayışlar zamanı 33 nəfər ölüb, 157 nəfər xəsarət alıb.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 8 =