ABŞ polisinin 9 yaşlı qıza qarşı qandal və bibər qazı istifadə etməsi + Video

ABŞ polisinin 9 yaşlı qıza qarşı qandal və bibər qazı istifadə etməsi + Video

Sosial şəbəkələrdə yayılan qalmaqallı videoda Roçester polisinin 9 yaşlı bir qıza qarşı şiddətlə davranaraq qollarını qandalladığını nümayiş olunub.

“Fars” Xəbər Agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Nyu York əyalətinin Roçester şəhər polis qüvvələrinin kameralarından yayımlanan yeni görüntülər, bu ölkədəki polisin vəhşiliyini bir daha göstərib.

Görüntülərdən 9 yaşlı bir qızın Roçester polisi tərəfindən qandallandığı və polis avtomobilinə zorla mindirilməsi məlum olur. Sözü gedən görüntüdə qızın ağlayaraq atasını səslədiyi də eşidilir.

Polis məmurlarının əmrlərinə tabe olmadıqdan və maşına oturmaqdan imtina etdikdən sonra qızın üzünə bibər qazı vurulduğu bildirilir.

CNN teklekanalının verdiyi məlumata görə, bu hadisədən sonra qız Roçester şəhərinin ümumi xəstəxanasına aparılıb və daha sonra sərbəst buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 12 =