“Whatsapp”dakı yenilik: Şəxsi məlumatların ələ keçirilməsi və üstünlükləri – Video

“WhatsApp” messencerindən istifadə şərtlərinin yenilənəcəyi ilə bağlı məlumatlar insanlar;n narahatlığına səbəb olub. İstifadəçilər bundan sonra messencerdən istifadəyə davam etmək üçün şəxsi məlumatlarını “Facebook” ilə paylaşmağa məcbur olacaq. Xarici KİV-lərdə yer alan xəbərlərə əsasən, 2021-ci il fevralın 8-dən etibarən “WhatsApp” istifadəçiləri şirkətin yeni şərtləri ilə razılaşmalı olacaqlar. Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən İT mütəxəssisi Elşad Yusifli bildirib ki, bu yenilik onsuzda var idi. Ekspert yeniliyin istifadəçilər üçün faydaları və yaradacağı problemlərdən də danışıb.
MEDIAPOST.AZ