Fələstin müqavimətinin 12 hərbi qolunun misilsiz birliyi

“Məşriq nyus” xəbər saytının verdiyi məlumata görə, ərəb rejimləri İsrail ilə münasibətləri daha yüksək səviyyədə normallaşdırmaq üçün rəqabət apardıqları və Qəzzadakı müqavimətə son verəcəklərinə və Fələstin məsələsini tarixdən silə biləcəklərinə inandıqları halda 29 dekabr 2020-ci ildə Qəzza zolağında Fələstin müqavimət dəstələri tərəfindən bir neçə raketin atılması ilə “Ər-ruknuş şədid” adlı hərbi təlimlərə start verilib.
Həmas və İslami Cihad da daxil olmaqla müxtəlif müqavimət qruplarının 12 hərbi qolunun iştirakı ilə ilk dəfə həyata keçirilən hərbi təlimlərdə müqavimət qrupları hərbi təlimlər aparmaqla yanaşı bu manevrlər çərçivəsində ilk dəfə birləşmiş hərbi əməliyyatlar keçirməyi də təcrübə ediblər.
Hərbi təlimlərin məqsədlərini açıqlayan müqavimət komandirləri bunu, sionist düşmənlərin qarşısında dayanmaq və Fələstin xalqının öz haqlı hədəflərinə çatmalarına kömək etmək üçün bir müdafiə manevri kimi xarakterizə edərək, müqavimət qruplarının militant qrupları olmadıqlarını, ancaq torpaqlarını qəsb edən və güc dilindən başqa bir şey anlamayan düşmənlə qarşı-qarşıya gəlmək üçün silah götürmək məcburiyyətində qaldıqlarını və bu yolla öz hüquqlarını müdafiə edəcəklərini söyləyiblər.