Lavrov: Fələstin dövlətinin yaradılması məsələsinin alternativi yoxdur

Lavrov: Fələstin dövlətinin yaradılması məsələsinin alternativi yoxdur

“Fars” Xəbər Agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İordaniya Xarici İşlər naziri Əymən Əs-Safadiçərşənbə günü Moskvada keçirilmiş ortaq mətbuat konfransında iştirak ediblər.

Rusiya Xarici İşlər naziri, İordaniyalı həmkarı ilə İraq, Liviya, Yəmən və Suriyadakı vəziyyəti və bu ölkələrdə daxili danışıqlar üçün şərtlərin yaxşılaşdırılmasını müzakirə etdiyini söyləyib.

O, Moskvanın Sionist rejimi ilə bəzi ərəb ölkələri arasındakı münasibətlərinin normallaşmasını müsbət qarşıladığını söyləsə də, ancaq münasibətlərin normallaşmasının Fələstin dövlətinin qurulmasına bir maneə olmamasının lazımlığını təkid edib.

İordaniya Xarici İşlər naziri Əymən Əs-Safadi də Fələstin məsələsinin ölkəsi üçün əsas və prioritet bir məsələ olduğunu söyləyib. Onun sözlərinə görə, İsrail rejiminin təcavüzləri səbəbindən iki dövlətli bir həll yolu planı ciddi təhlükə altındadır.

O qeyd edib: “Fələstin ilə İsrail arasındakı danışıqlar məhkumların sərbəst buraxılmaması və yerləşdirilmələrin davam etməsi və 1967 sərhədlərinin İsrail tərəfindən qəbul edilməməsi səbəbindən 2014-cü ilin aprelində dayandırılmışdı.”

Əs-Safadi, Ərəbistanla İsrail arasında Fələstindəki müqəddəs məkanların idarəçiliyinin Ərəbistanın ixtiyarına verilməsi ilə bağlı razılaşma ehtimalına qarşı öz nigarançılığını bildirib və bu məsuliyyətin bir əmanət olaraq İordaniya Krallığına xas olmasını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − ten =