Sananın Baydenin iddialarına reaksiyası: Sözlərinə aldanmayacağıq

Sananın Baydenin iddialarına reaksiyası: Sözlərinə aldanmayacağıq

“Fars” Xəbər Agentliyinin verdiyi məlumata görə, Yəmən Ali Siyasi Şurasının üzvü, ABŞ-ın Yəmənə qarşı hücum əməliyyatlarını dəstəkləməyi dayandırmaq qərarına cavab olaraq, yəmənlilərin bu iddialara heç bir şəkildə aldanmayacaqlarını vurğulayıb.

Muhəmməd Əli əl-Hüsi cümə axşamı öz twitter səhifəsində, “Yəmənin mühasirəsini bitirməyən heç bir hərəkət ciddiyə alınmayacaq” deyə yazıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının məsləhətçisi Ceyk Sallivan, cümə axşamı, ABŞ prezidenti Co Baydenin Yəmənə qarşı hücum əməliyyatlarını dəstəkləməyi dayandıracağını söyləyib.

“Associated Press” beynəlxalq xəbər agentliyi Co Baydenin bu qərarının, yoxsulluğu, işsizliyi və yoluxucu xəstəlikləri yayan Yəməndəki  bu müharibəni sona çatdıracağı ilə bağlı verdiyi vədlərinə müvafiq olduğunu yazır.

Xəbər agentlikləri, Baydenin ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Timoti Landerkinqi ABŞ-ın Yəməndəki yeni səfiri vəzifəsinə təyin etmək niyyətində olduğunu da bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − 4 =