Masallıda yol qəzasında 5 nəfər xəsarət alıb

Masallıda yol qəzasında 5 nəfər xəsarət alıb

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı biri azyaşlı olmaqla beş nəfər xəsarət alıb. Onlardan da ikisi qadındır.

Vəziyyəti daha ağır olan iki nəfər təcili tibbi yardım avtomobili ilə, digərləri isə şəxsi avtomobillə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − four =