Xarici şirkətlərdən bərpa olunan enerjinin inkişafı üçün yeni təkliflər var

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə bu sahəyə investisiya qoyuluşunun təşviqi məqsədilə beynəlxalq şirkətlərlə əməkdaşlıq əlaqələri genişləndirilir.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilir ki, əməkdaşlıq barədə anlaşma memorandumu və bu tipli sənədlər imzalamış şirkətlərin sayı 9-a çatıb (BP, Masdar, Avelar Solar, Tekfen, Total, Equinor, Akwa Power, Mitsui Co, Quadran İnternational).
“Daha bir neçə şirkət isə bu cür anlaşma memorandumunun imzalanması ilə bağlı niyyətini bildirib. Şirkətlərlə əməkdaşlıq əlaqələrinin daim yüksək səviyyədə saxlanması üçün lazımi addımlar atılır. Bununla bağlı müzakirələr aparılır, işçi qrupları yaradılır, görüşlər keçirilir, məlumat mübadiləsi və sahələrə səfərlər təşkil edilir”, – deyə mlumatda qeyd edilib.
Xatırladaq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkə Prezidentinin 22 sentyabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb. Agentlik bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edir, dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.
SALAMNEWS