Haaqa məhkəməsinin qərarı Fələstinliləri sevindirdi, sionistləri isə qəzəbləndirdi

Haaqa məhkəməsinin qərarı Fələstinliləri sevindirdi, sionistləri isə qəzəbləndirdi

Beynəlxalq Ədalət Məhkəməsi hakimləri, 1967-ci ildə işğal edilmiş Fələstin ərazilərində işlənən cinayətlərin mühakimə olunmasına qərar veriblər.

Qafqaztimes-ın verdiyi məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahu, Beynəlxalq Ədalət Məhkəməsinin Fələstin torpaqlarına dair qərarını siyasi adlandıraraq tənqid edib.

O, “Beynəlxalq Ədalət Məhkəməsi, bir məhkəmə orqanı deyil, siyasi qrup olduğunu bir daha sübut etdi”, deyə bildirib.

İsrail mediası da bu qərara reaksiya verərək onu mübaliğə adlandıraraq və bu qərarın İsrailin törətdiyi cinayətlərlə bağlı istintaqa yol açacağını  yazıblar

Məlumatlara görə, sionistlər Haaqa Məhkəməsinin çıxardığı bu qərarın İsrailin yüksək səviyyəli məmurlarını ədalət mühakiməsinə cəlb edə, hətta onların həbs olunmasına gətirib çıxara biləcəyinə inanırlar.

Fələstin Muxtariyyətinin Dövlət Departamenti də qərara münasibət bildirərək, Haaqa məhkəməsinin bu qərarının cinayətkarların mühakiməsinin başlanğıcı üçün tarixi bir gün olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =