Bakı və Samux sakinlərindən silah götürülüb

Bakı və Samux sakinlərində silah aşkarlanıb..
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbə sakini N.Dünyamalıyevdən “İJ” markalı ov tüfəngi götürülüb.
Bundan başqa, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini S.Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ-12” markalı tüfəng aşkar edilərək götürülüb.
SALAMNEWS