Ayətullah Xamenei: Amerikalıların və avropalıların şərt qoymaq haqları yoxdur

İİR-nın Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullah Xamenei, bazar günü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri komandirləri ilə görüşdə, Hava Qüvvələri komandirlərinin 7 Fevral 1979-ci il tarixində İmam Xomeyniylə etdikləri tarixi beyətlərini mühüm hadisə, İnqilabın qələbəsindəki əsas amillərdən biri və amerikalıların strateji yanılmalarının göstəricisi olduğunu vurğulayıb.
İnqilab Rəhbəri buyurub: “İnqilabın sürətli hərəkətinə davam etməsinin şərtləri, xalqın səhnədə dayanması, səy göstərmək, birlik- xüsusən də məmurlar arasında, ilahi vədlərə güvənmək və fəaliyyətlərdə milli gücün amillərini gücləndirməkdir.”
İslam İnqilabının Ali Rəhbəri, eyni zamanda, ABŞ-dakı son qalmaqallı hadisələri və Trampın məğlubiyyətini ABŞ-ın nüfuzunun, ictimai və siyasi gücünün azalması adlandırıb və Avropa, Amerika rəsmilərinin nüvə razılaşması və sanksiyalar barədə verdiyi açıqlamalara toxunaraq vurğulayıb: “Amerikalıların və avropalıların öz öhdəliklərini pozduqları üçün heç bir şərt qoymaq hüquqları yoxdur və şərt qoymalı olan tərəf, bütün öhdəliklərinə əməl etdiyi üçün yalnız İslam Respublikasıdır. Bu səbəbdən də İran, ABŞ bütün sanksiyaları şifahi və ya kağız üzərində deyil, praktiki olaraq ləğv etdikdə və sanksiyaların ləğvi İran tərəfindən təsdiqləndikdə öz öhdəliklərinə qayıdacaqdır. Bu, İslam Respublikasının qəti və dönməz siyasəti və bütün məmurların həmfikir olduğu məsələdir və heç kim də bundan dönməyəcəkdir!”