İran və İraq Məhkəmə Hakimiyyətinin başçıları görüşdülər

İran və İraq Məhkəmə Hakimiyyətinin başçıları görüşdülər

Bu gün İran İslam Respublikası məhkəmə sisteminin başçısı Ayətullah Seyyid İbrahim Rəisi və onu müşaiyət edən nümayəndə heyətini qəbul edən İraq Ali Məhkəmə Şurasının rəhbəri Faiq Zeydan, rəsmi görüşdən sonra qonaqlarla birgə mətbuat konfransında iştirak edib.

Sizinyol.com-un İraqın rəsmi xəbər agentliyinə (NİNA) istinadən verdiyi məlumatına görə, Zeydan mətbuat konfransında deyib: “İran tərəfi ilə General Süleymaninin və Əbu Mehdi əl-Mühəndisin şəhadəti barədə məlumat mübadiləsini müzakirə etdik.”

İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin başçısı İraqla məhkəmə və hüquqi əlaqələrin və əməkdaşlığın gücləndirilməsini müsbət qarşılayaraq mətbuat konfransında bildirib ki, bu gün İraq Ali Məhkəmə Şurasının rəhbəri ilə danışılan müzakirə mövzularından biri də zəvvarların gediş-gəlişi və korrupsiyaya qarşı mübarizə idi.

Ayətullah Rəisi İraqla İran arasında korrupsiyaya qarşı mübarizə haqqında bir anlaşma memorandumu imzaladıqlarını da əlavə edib.

İran məhkəmə sisteminin başçısı vurğulayıb: “Təfriqə İran və İraq xalqları arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə bilməz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 15 =