Fələstin Müqaviməti: İsrailə qarşı mübarizə üçün hərtərəfli milli strategiya təyin olunmalıdır

Fələstin Müqaviməti: İsrailə qarşı mübarizə üçün hərtərəfli milli strategiya təyin olunmalıdır

Sizinyol.com-un verdiyi məlumata görə, Fələstin müqavimət qrupları çərşənbə axşamı Qəzza şəhərində toplantı keçiriblər.

Toplantıdan sonra qruplar həqiqi iştiraka əsaslanan, qalmaqaldan və inhisarçılıqdan uzaq olan hərtərəfli milli birliyə təkid edərək bəyanat veriblər.

Bəyanatda bildirilir: “Biz hələ milli azadlıq mərhələsindəyik. Bu isə, İsrailin qarşısında millətimizin haqlarını qoruyan hərtərəfli bir milli strategiya hazırlayaraq milli kimliyimizə etibarlılığın bərpa edilməsini tələb edir.”

Bəyanatda, işğal olunmuş ərazilərin tamamilə azad olması və köçkünlərin geri qaytarılması üçün silahlı mübarizə də daxil olmaqla müqavimətin bütün vasitələrindən istifadə edilməsinin lazımlığı da təkid olunub.

Müqavimət qrupları, Fələstin milli prinsiplərindən və hüquqlarından imtina edilməsinin yolverilməz olduğunu təkid edərək, Fələstin məsələsinə yönələn təhdidlərə qarşı durmaq üçün Fələstin Milli Planının milli həmrəylik əsasında yenidən təyin olunmalı olduğunu qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =