Moskvada Xəzər dənizi üzrə İşçi Qrupun iclası keçirilib

Moskvada Xəzər dənizi üzrə İşçi Qrupun iclası keçirilib

Rusiyanın paytaxtı Moskvada Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli İşçi Qrupun 3-cü iclası olub.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.

“Xəzər dənizində birbaşa təməl xətlərin yaradılması metodologiyasına dair saziş layihəsinin müzakirəsi davam etdirildi, bir sıra müddəalar razılaşdırıldı.

Tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını keçirdi, beşinci Xəzər sammitinin qərarlarının reallaşdırılması məsələlərinə baxıldı.

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirdi və görüşün təşkilinin yüksək səviyyəsinə görə Rusiya Federasiyasına minnətdarlıqlarını ifadə etdilər”, – deyə rəsmi məlumatda bildirilir.

REPORT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + five =