Trampa qarşı cinayət istintaqı başladıldı

Trampa qarşı cinayət istintaqı başladıldı

Sizinyol.com xəbər verir ki, Fulton şəhər prokurorluğu, dövlət rəsmilərindən Trampın seçki nəticələrini dəyişdirmək cəhdi ilə əlaqəli sənədləri qorumağı və təqdim etmələrini tələb edib.

Fulton prokuroru Fanni Villis dövlət katibi Bred Raffensperqer və qubernator Brian Kemp də daxil olmaqla Corciya rəsmilərinə göndərdiyi məktubunda sabiq prezidentə qarşı cinayət istintaqının başladıldığını bildirərək Trampın 2 yanvarda  Raffensperqerlə telefon danışığı ilə bağlı məlumatların verilməsini də tələb irəli sürüb.

Məlumata görə Villis məktubda yazır: “İstintaq əməliyyatı, seçkiləri saxtalaşdırmaq tələbinin qadağan olması ilə bağlı Corciya qanunlarının pozulması, dövlət və yerli hökumət qurumları haqqında yalan ifadələr səsləndirmək, şantaj, andı pozma və zorakılıqda və ya seçkilərin saxtalaşdırılması ilə əlaqəli təhdidlərdə iştirak etmək kimi cinayət maddələrini ehtiva edir.‌‌”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 9 =