Azərbaycanda ötən ay geyim və ayaqqabı satışları azalıb

Azərbaycanda ötən ay geyim və ayaqqabı satışları azalıb

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 495,2 mln. manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10,1% azalıb. Ötən ilin dekabr ayı ilə müqayisədə isə geyim əşyalarının istehlakı 27,9% azalıb.

Qeyd edək ki, yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 15,7%-i toxuculuq məhsullarının, geyim və ayaqqabıların alınmasına sərf olunub.

TREND

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − ten =