Sionist qəsəbə sakini dörd fələstinlini maşınla vurdu
Sizinyol.com xarici KİV-ə istinadən xəbər verir ki, Cümə günü sionist qəsəbə sakini işğal olunmuş Fələstinin şimalında Eynul-Beyza bölgəsində dörd fələstinlini maşınla vurub.
Hadisə zamanı bir fələstinli ölüb, üç nəfər isə yaralanıb.
Qəzanın qəsdən və ya sadəcə bir yol qəzası olması məlum deyil.
Digər tərəfdən, fələstinli mənbələr bu hadisədə 50 yaşlı bir piyadanın öldüyünü və birinin ağır yaralandığını qeyd ediblər.
Çərşənbə axşamı, gecə fələstinli mənbələr Kəfər kənd sakini Ezam Cəmil Amirin İordan çayının qərb sahilində bir sionist sakini tərəfindən avtomobillə vurularaq şəhid edildiyi barədə xəbər veriblər.