Demokratlar: Tramp mühakimə olunmasa, Konqresə hücum təkrarlanacaq

Demokratlar: Tramp mühakimə olunmasa, Konqresə hücum təkrarlanacaq

Sizinyol.com xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın Senatda ikinci dəfə impiçment olunması məsələsinin nəzərdən keçirilməsi zamanı demokratlar onun məhkum olunmasının lazım olduğunu vurğulayıblar.

ABŞ Senatında Trampa qarşı impiçment proseduruna rəhbərlik edən demokrat nümayəndələr, senatorlar onu impiçment etmədikləri və onun siyasətə yenidən qayıdacağı halda, ABŞ Konqresinin binasına edilən hücum macərasının təkrarlanacağı barədə xəbərdarlıq ediblər.

ABŞ-ın sabiq prezidentinin impiçment məhkəməsinin üçüncü günü Trampın 3 Noyabr prezident seçkilərində saxtakarlıq iddiaları ilə bağlı gərginlik yaradan sərt açıqlamaları və tərəfdarlarını Konqresə hücum etməyə təhrik etmək üçün Co Baydenin qələbəsini sual altına aparması araşdırılıb.

Trampın impiçment qrupunun əsas üzvlərindən olan Ceymi Raskin cümə günü belə deyib: “O, Prezident otağına qayıtsa, bu hadisə (Konqresə hücum) yenidən baş verəcək və bu zaman özümüzdən başqasını qınamağa haqqımız olmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 14 =