Qalibafın Moskvaya səfəri İran-Rusiya münasibətlərinə uzunmüddətli təsir göstərəcək

Qalibafın Moskvaya səfəri İran-Rusiya münasibətlərinə uzunmüddətli təsir göstərəcək

Sizinyol.com xəbər verir ki, “The Moscow Times” qəzeti İİR-ın parlamentinin sədri Məhəmməd Baqir Qalibafın bu yaxınlarda Moskvaya səfəri barədə məlumat verərək yazır: “Baxmayaraq ki, bu səfərin İranın Avrasiya İqtisadi Birliyinə (Aİİ) üzvlüyü üçün dərhal təsirli olması ehtimalı azdır, lakin analitiklər bu səfərin Tehran-Moskva ikitərəfli münasibətlərinə şübhəsiz uzunmüddətli təsir göstərəcəyinə inanırlar.”

“The Moscow Times” əlavə edib: “Qalibafın Rusiyaya üç günlük səfəri zamanı o, yüksək səviyyəli Rusiya rəsmiləri ilə görüşmüş və Rusiya Dumasının sədri ilə görüşərkən İranın Ali Lideri Ayətullah Əli Xameneinin Vladimir Putinə yazdığı məktubunu ona təqdim edib.”

Məlumatda Qalibafın Moskvaya gəlişinin gələcəkdə Rusiya ilə İran arasında inkişaf edəcək sıx münasibətlərdən xəbər verdiyi bildirilir.

Rus qəzeti Ali Rəhbərin Putinə məktubunu Rusiyayla əlaqələrdə “İranın ciddi niyyətlərinin” əlaməti adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =