Vilayət Eyvazov kadr dəyişikliyi etdi

Vilayət Eyvazov kadr dəyişikliyi etdi

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

Fondun direktoru, polis polkovniki Sadiq Gözəlov nazir Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.

Xatırladaq ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

Ondan sonra DİN-in mətbuat xidməti yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib. 

***

Qeyd edək ki, Sadiq Gözəlov Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq (çalışmanın yaş həddinə çatdığına görə) Fondun icraçı direktoru (müki) vəzifəsindən azad edilib.

Fevralın 11-də onun 65 yaşı tamam olub. S.Gözəlov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbul edilib. O, daxili işlər orqanlarında qüsursuz xidmətlərinə, uzun müddət rəhbərlik etdiyi DİN mətbuat orqanında vəzifələrini layiqincə yerinə yetirdiyinə, polis əməkdaşlarının fədakar faliyyətinin KİV-də təbliğ edilməsi və ictimaiyyətə obyektiv çatdırılmasında xüsusi əməyinə görə, habelə anadan olmasının 65 illik yubileyi və təqaüdə çıxması münasibətilə fəxri fərmanla təltif edilib.

DİN Mətbuat xidməti məlumatı təsdiqləyib.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + seventeen =