Rəcəb ayında hər vacib namazdan sonra oxunan dua

Rəcəb ayında hər vacib namazdan sonra oxunan dua

(Ərəbcə, oxunuşu və tərcüməsi)

Rəcəb ayında gündəlik  namazdan sonra oxunan duanı təqdim edirik: Səccad adlı bir şəxs altıncı imam Həzrət  İmam Cəfər Sadiqin (ə) hüzuruna gəlib söylədi: Rəcəb ayı üçün mənə bir dua öyrədin ki, onu oxumaqla Allah Taala mənə xeyir və mənfəət yetirsin.  Həzrət İmam Sadiq (ə) buyurdu: Rəcəb ayında hər gün vacib gündəlik namazlardan sonra bu duanı oxu. بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ.يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُيَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ OXUNUŞU: Bağışlayan və mehriban Allahıln adı ilə. Yə mən ərcuhu likulli xəyr, və əmənu səxətəhu ində kulli şərr, yə mən yu`ti-kəsirə bil-qəlil, yə mən yu`ti mən səələh, yə mən yu`ti məl-ləm yəs`əlhu, və məl-ləm yə`rifhu, təhənnunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyək, cəmiə xəyrid-dunyə və cəmiə xəyril-axirəh, vəsrif ənni biməs`ələti iyyək, cəmiə şərrid-dunyə və şərril-axirəh, fəinnəhu ğəyru mənqusin mə ə`təyt, və zidni min fəzlikə yə kərim!Yə zəl-cəlali vəl-ikram, yə zən-nə`mai vəl-cud, yə zəl-mənni vət-təvl, hərrim şəybəti ələn-nər. TƏRCÜMƏSİ: Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Ondan istəməyənlərə və Onu tanımayanlara lütf və mərhəməti ilə əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. Səndən istədiyimə görə məndən dünya və axirət şərini tamamilə uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!Ey şövkət və kərəm sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və bəxşiş sahibi! Saqqalı‎mı‎ (üzümü) Cəhənnəm oduna haram et!

Maide.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + three =