Bu gündən universitet və kolleclərdə praktiki məşğələlər tələb olunan ixtisaslarda ənənəvi təhsilə başlanılır

Bu gündən universitet və kolleclərdə praktiki məşğələlər tələb olunan ixtisaslarda ənənəvi təhsilə başlanılır

Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi formada bərpa olunur.

Təhsil Nazirliyindən verilən məlumata görə, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa edilir.

Qərar magistratura səviyyəsində təhsil alanlara da şamil olunur.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + five =