Trampın Bəşər Əsədi terror etmək qəsdi

Trampın Bəşər Əsədi terror etmək qəsdi

Sizinyol Xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşavirinin müavini K. T. Makfarlend deyib: “ABŞ-ın  heç bir sənəd göstərmədən rəsmi Dəməşqi təqsirləndirdiyi mülki şəxslərə qarşı sarin qazı ilə edilən kimyəvi silah hücumunun fotoları yayıldıqdan sonra ABŞ-ın sabiq prezidenti Donald Tramp Suriya prezidenti Bəşər Əsədə qarşı sui-qəsd edilməsini istəyib.”  

Makfarlend qeyd edib: “Mən ona bunu edə bilməzsən dedim. Səbəbini soruşduqda mən bunun bir müharibə elanı olduğunu söylədim”.

Makfarlend əlavə edib: “Tramp gözünü mənə zilləyərək əllərini bir birinə sıxdı. Mən onun Bəşər Əsədi bir yolla cəzalandırmaq istədiyini bilirdim. Tramp o vaxt Bəşər Əsədə qarşı heç bir addım atmadı, amma sonda Suriyanı dolayı yolla cəzalandırdı və 3 yanvar 2020-ci ildə Bəşər Əsədin terrorist qruplara qarşı ən yaxın müttəfiqi olan Qüds Sepahının iranlı komandiri Qasim Süleymanini terror etdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 11 =