Makron: Rusiya və Çin peyvəndləri mühümdür

Makron: Rusiya və Çin peyvəndləri mühümdür

Sizinyol Xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti verdiyi müsahibədə Rusiya və Çin peyvəndlərinin koronavirus epidemiyası ilə mübarizə üçün çox vacib olduğunu qeyd edib.

Bazar günü Fransa prezidenti Emmanuel Makron Rusiya və Çin peyvəndlərinin koronavirus epidemiyası ilə mübarizə üçün koordinasiyalı qlobal səylərdə böyük rol oynamalı olduğunu vurğulayıb.

“Domanje” həftəlik qəzetinə verdiyi müsahibəsində Fransa prezidenti “Peyvəndləri böyük koordinasiyalı səylərin bir hissəsi halına gətirmək üçün çinlilər və ruslarla əməkdaşlıq etməliyik” deyə qeyd edib.

Fransa prezidenti, korona virusunun yeni növlərinin meydana gəlməsini epidemiya daxilində başqa bir epidemiya olaraq xarakterizə edib.

“Biz hələ də səylərimizi artırmağa çalışmalıyıq” deyə Makron təkid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =