Vətən müharibəsinin daha iki iştirakçısı vəzifəyə təyin olunub

Vətən müharibəsinin daha iki iştirakçısı vəzifəyə təyin olunub

Quba Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

Rayon icra başçısı Ziyəddin Əliyev bununla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Asəf Xalidşah oğlu Şirinov Quba Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir, Samir Məzahir oğlu Nəcəfov böyük məsləhətçi vəzifələrinə təyinat edilib.

Qeyd edək ki, A.Şirinov 12 noyabr 1978-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub, 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib, 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətən müharibəsi başladıqdan sonra ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Ehtiyatda olan leytenantdır.

S.Nəcəfov isə 7 iyul 1997-ci ildə Quba rayonunun Çartəpə kəndində anadan olub. 2018-ci ildə Sumqayıt Dövlət Universitetini bitirib. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətən müharibəsi başladıqdan sonra ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =