Ərdoğan bu gün Azərbaycanın Baş prokurorunu qəbul edəcək

Ərdoğan bu gün Azərbaycanın Baş prokurorunu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident Sarayında Azərbaycanın Baş Prokuroru Kamran Əliyevi qəbul edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.

15 fevral tarixində Türkiyə Ali Məhkəməsi Baş Prokuroru Bəkir Şahinin dəvəti ilə K.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya rəsmi səfərə yola düşüb.

Səfərin məqsədi iki ölkə prokurorluqları arasındakı işgüzar əlaqələrin daha da gücləndirilməsidir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 19 =